ABŞ-ın dövlət katibi ilə Rusiyanın XİN başçısının görüşü başa çatıb

İsveçin paytaxtı Stokholmda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, tərəflərin müzakirələri 40 dəqiqə davam edib.

Görüş ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutub.

Görüş bağlı qapıla araxasında, mətbuata qapalı keçib.

Qeyd edək ki, bu, Blinkenlə Lavrov bir il ərzində ikinci görüşdür. Birinci görüş bu ilin mayında İslandiyanın paytaxtı Reykyavikdə olub. Onda görüş iki saata yaxın davam etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar