Menu

"Yenidən ikiqütblü dünyaya çevrilmə təhlükəsi ilə üz-üzəyik" - Direktor

02.12.2021, 16:09
"Yenidən ikiqütblü dünyaya çevrilmə təhlükəsi ilə üz-üzəyik" - Direktor

“Bizim üçün sülhsevər cəmiyyətdə yaşamaq çox önəmlidir. Dayanıqlı sülhü təmin etməyin yollarına aydınlıq gətirməliyik".

"Report" xəbər verir ki, bunu “Sülh əlaqələndiriciləri” təşkilatının təsisçisi və baş icraçı direktoru Jan-Kristof Bas “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.

"Beynəlxalq və daxili perspektivdə buna baxmalıyıq. Bu gün burada sülhlə bağlı təşkil olunmuş müzakirələr çox vaxtında atılan addımdır. Dünya artıq çox keşməkeşli yerə çevrilib. Beynəlxalq səviyyədə artıq risklər var. Yenidən ikiqütblü dünyaya çevrilmə təhlükəsi ilə üz-üzəyik. Tarixdən nəticə çıxarmırıq. Ona görə də bu problem indi də aktualdır. Dünya kifayət qədər qütbləşib”, - o bildirib.

Şərhlər

Bəhram Cəfər 2021-12-03 09:00:28

Cənab Ja-Kristof Bas, güc dövlətləri məxfi yaradılan silahlı qurumlarla İraqda, Liviyada, Suriyada və d.y. illərdir guya tarix-mədəniyyət və sülh naminə hərbi-dağıdıcı işlər aparırlar? Sizin "Sülh Əlaqələndiriciləri" təşkilatı belə qətiyyətlə çıxış etmir ki, müdaxiləçi dövlətlər belə ölkələri tərk etsinlər və ya qısa müddətə dağıdıcı qüvvələrdən, qanunsuz silahlılardan təmizləsinlər? Tutaq ki, B.Əsəd münasib lider deyil, onu da götürüb Neytral Seçkilər keçirsinlər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol