"Nazirlər Kabineti tapşırığı icra edə bilmədi" - Qurumun hansı səlahiyyətləri Agentliyə verildi?

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bəzi səlahiyyətlər verilib. Fərmanı şəhr edən ekspert Osman Gündüz bildirib ki, qrant müsabiqələri ilə bağlı Nazirlər Kabineti tapşırığı icra edə bilmədiyinə və ya icra etmək istəmədiyinə görə səlahiyyətlər Agentliyə verilib.

O, xatırladıb ki, uzun müddətdir, QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant verilməsi prosesinə başlaya bilmir: "Səbəb Nazirlər Kabinetinin zəruri qaydaları vaxtında hazırlaya bilməməsi idi. Bu gün Prezident fərman imzalayıb və qrant müsabiqəsi qaydalarının hazırlanması səlahiyyətini Nazirlər Kabinetindən alıb. Bu fərmanla qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsinin müvəqqəti qaydasını və digər proseduraları Agentlik özü təsdiq edəcək. Belə olan halda maraqlı sual yaranır: əgər mərkəzi və publik qurumlar bu tip işləri özləri görə, adı çəkilən sənədləri Prezident Administrasiyası ilə razılaşdırmaqla qəbul edə bilirsə, o zaman Nazirlər Kabinetinə ehtiyac varmı?"

"AzPolitika.info"

635x100

Şərhlər

Kolxozdar Cəfərağa oğlu 2021-12-02 21:27:17

PA ölkənin Müdafiəsini və Asayişinı, Dövləti-Maliyyə resurslarını təmin edən, eləcə də Ali nəzarət orqanıdır. NK İqtisadiyyatı, onun qarşılıqlı texniki-texnoloji təsərrüfat əlaqələrini quran və nizamlayan icraçı orqandır.Hüquqa gəldikdə hər idarə edici təşkilat hər il öz kollektivi, xalqı və qanunverici (MM) orqanı qarşısında Aprelin birinə qədər hesabat verib, gələcəkdə işinə davam, ya təhvil qiyməti alacağını gözləməlidir! Müasir dövrün səmərəli idarə taktikası budur.nizaml

Son yazılar