Menu

Mahir Emreli Dubaya gedir

02.12.2021, 21:09
Mahir Emreli Dubaya gedir

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sının qış hazırlıq planı bəlli olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi təlim-məşq toplanışını Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcək.

2022-ci il yanvarın 6-dan 22-dək davam edəcək hazırlıq prosesində 3 yoxlama matçı nəzərdə tutulub.

Qeyd edək ki, "Legiya" Polşa Ekstraklasasında 14 turdan sonra 12 xalla 16-cı pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol