YENİ NAZİR MÜAVİNİ İLƏ BAĞLI AÇIQLAMA - “Əsas işi idman siyasətinə cavabdehlikdir” + FOTOLAR

Bir neçə gündür gənclər və idman naziri Fərid Qayıbovun yeni müavinləri İndira Hacıyeva və Marina Vasileva sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. “Qafqazinfo” xəbər verir ki, daha çox Azərbaycan gimnastika millisinin bolqarıstanlı baş məşqçisi M.Vasileva diqqət mərkəzindədir.

Belə ki, təyinatdan sonra bolqarıstanlı çalışdırıcının sosial şəbəkələrdə əyləncə məclislərindən fotoları və videoları yayılmağa başlayıb. Müzakirələr də məhz bu mövzuda davam edib. 

İstifadəçilərin bir qismi həmin görüntüləri tənqid edərək nazir müavininin daha çox ciddi və rəsmi şəxs olmasının vacibliyini vurğulayıb.

Digər qismi isə bu cür fotoların bolqarıstanlı sabiq gimnastın şəxsi həyatı olduğu üçün qabardılmamasının tərəfdarı olduğunu, üstəlik, həmin foto və videoların təyinatdan öncə çəkildiyini qeyd edib.

Daha sonra Marina Vasilevanın bundan sonra Azərbaycan millisində çalışıb-çalışmayacağı da gündəm mövzusuna çevrilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev “Qafqazinfo”ya açıqlamasında M.Vasilevanın fəaliyyəti ilə bağlı danışmağın tez olduğunu bildirib: “Marina xanım işi hələ yenicə təhvil alır. Hələlik fəaliyyətə başlamadığı üçün işinə qiymət vermək də məntiqlə tezdir. Onun əsas işi nazir müavini olaraq idman siyasətinə cavabdehlikdir.

Nazir müavinin gimnastika zalında işləməyə vaxtı olmayacaq və bu səbəbdən yığmanın baş məşqçi postunda çalışmayacaq. Lakin uzun illərdir yığmaya rəhbərlik etdiyi və bu idman növünün mütəxəssisi olduğu üçün ehtiyac yarananda milli komandaya məsləhətləri ilə dəstək olacaq”.

635x100

Şərhlər

Sübhan 2021-12-06 11:18:49

Nazir müavini olacaq yararlı bir şəxs Azərbaycanda yoxmuş? Bu nə oyunlardır.Hələ deyirlər ki Marina xanım alkoqolu da çox sevir.Bravo marketdəki hadisə!

Artyom Vəzirov 2021-12-05 13:33:47

İdman və Gənclər Nazirliyi uşaq baxçasını xatırladır.Bu təyinatların məqsədi və gözlətiləri qaranlıq oldiği qədər müəmmalıdır.İdmançı olmaq və idarəçilik təcrübəsi ayrı-ayrı şeylərdir.Belə yətinatlar bir fırıldaqçını oraya yerləşdirib büdcə dağıtmağa yönələn hərəkət kimi qiymətləndirlə bilər.Çünki nazirin və müavinlərinin idarəşilik təcrbəsi olmadığından belə halın baş verməsi gözləniləndir.

Səyyad 2021-12-03 14:08:41

Marina dünyada analoqu olmayan bir ilkə imza atmaq üçün böyük şans əldə edib. Belə ki erotik gimnastika növünün yaradılmasını həyata keçirsə bu dünyada bir ilk olar. ....

Asim 2021-12-03 12:28:33

Bunun ixtisası nə idman.nə də siyasətdir.Onda bu nə siyasətdir?

Samir 2021-12-03 11:45:58

Xalası gülüm olanın başına külüm olar

Son yazılar