Ermənistan əhalisi Yeni ili streslə qarşılayacaq

Ermənistanda iqtisadi vəziyyət pisləşməkdə davam edir.

"Report" "News.am"a istinadən xəbər verir ki, hazırda iqtisadiyyatla bağlı ən çox müzakirə edilən məsələlərdən biri qiymət artımıdır.

Son aylarda iqtisadi vəziyyətin daha da pisləşməsi inflyasiya ehtimallarını əhəmiyyətli sürətdə artırıb. 2019-cu ildən fərqli olaraq, bu ilin dekabrında rekord qiymət artımı müşahidə olunacaq. Artıq Yeni il qabağı ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım qeydə alınıb. Bu ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri orta hesabla 10,4 faiz, spirtli içkilərin qiymətləri 22,0 faiz bahalaşıb.

"Əslində hər şey daha pisdir. Alıcılar hər dəfə mağazalara baş çəkəndə yeni qiymətlərin əvvəlkindən xeyli yüksək olduğunu müşahidə edirlər. Yeni ilin yaxınlaşması ilə tələbat mallarının növbəti dəfə bahalaşması gözlənilir. Bahalaşma dekabr ayında satışların da azalmasına səbəb olacaq", - agentlik qeyd edib.

Gələn il bir sıra kommunal xidmət tariflərinin artırılması ilə bağlı mütəmadi məlumatlar Ermənistan cəmiyyətində vəziyyəti daha da gərginləşdirir. Bir ay ərzində ardıcıl olaraq içməli su, təbii qaz və elektrik enerjisinin qiymətlərinin artırılması nəzərdə tutulur.

İnflyasiyanın növbəti mərhələsində isə əhalinin əksəriyyətinin həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə pisləşəcək. Əhalinin sosial cəhətdən müdafiə olunmayan təbəqələri, yalnız pensiya və ya aşağı maaşla yaşayan ailələr üçün xüsusilə çətin olacaq.

635x100

Şərhlər

Şekili 2021-12-04 10:35:41

Orada kommunal giymətlərin artırılması nəzərdə hələ tutulur, burada çoxdan artırılıb, burada adamlar yağ-balın içində yaşayacaq gələn ildən, hə? buradakı vəziyyətdən yazın, ora sənin nəyinə lazımn

Zanzibar 2021-12-04 10:32:18

Bes Azerbaijan ahalisi neje? Firavan olajag?!!

Son yazılar