Menu

Co Bayden Vladimir Putinlə “uzun söhbətə” ümid edir

04.12.2021, 09:38
Co Bayden Vladimir Putinlə “uzun söhbətə” ümid edir

ABŞ prezidenti Co Bayden Ukrayna məsələsində heç bir qırmızı xəttə hörmət etmədiyini bildirib.

APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, dövlət başçısı bunu Vaşinqtondan Merilend ştatına yola düşməzdən əvvəl deyib. Dövlət başçısı Rusiyanın NATO-nun Ukrayna ərazisində infrastruktur qurması və Rusiya sərhədlərinə yaxınlaşması ilə bağlı xəbərdarlığına da münasibət bildirib: “Mən heç bir qırmızı xətt tanımıram", deyə Bayden vurğulayıb. 

ABŞ rəhbəri, həmçinin rusiyalı həmkarı ilə “uzun söhbətə” ümid etdiyini bildirib: “Biz Rusiyanın hərəkətləri barədə çoxdan məlumatlıyıq. Ümid edirəm Putinlə uzun söhbətimiz olacaq.”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol