Menu

Rusiyada son sutkada 1 200-dən çox insan koronavirusdan ölüb

04.12.2021, 12:52
Rusiyada son sutkada 1 200-dən çox insan koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 32 974 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 769 011 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 215 nəfər artaraq 280 072-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 471 813 nəfər sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol