Banqladeşin ən böyük islam partiyası olan Camaati İslamın lideri Motiur Rəhman Nizamiyə ölüm hökmü kəsilib.
2012-ci ilin yanvarında tutulmuş Rəhman Nizami hərbi cinayətlərdə təqsirli bilinib. Hökmü Banqladeş üzrə beynəlxalq tribunal çıxarıb.
“Media forum” saytı xəbər verir ki, Camaati İslamın 71 yaşlı lideri 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda Pakistana qarşı müharibə zamanı törədilən qətllərdə, zorakılıda, qarətdə ittiham olunub və asılmağa məhkum edilib.
Banqladeşin müstəqilliyi uğrunda müharibə 1971-ci ilin martından dekabrına kimi davam edib və 3 milyon adamın ölümü ilə nəticələnib.


Şərhlər