YENİ NAZİR MÜAVİNİ TƏYİNATI BARƏDƏ AÇIQLAMA YAYDI - FOTO

Gənclər və idman nazirinin yeni müavini Mariana Vasileva təyinatı barədə açıqlama verib.

Vasileva Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin olunmasından böyük şərəf hissi keçirdiyini bildirib.

O, dövlət başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya bu etimada görə təşəkkürünü bildirib.

Vasileva Azərbaycana xidmət etməkdən və ölkədə idmanın inkişafı üçün çalışmaqdan qürur duyduğunu vurğulayıb: "Azərbaycana xidmət etməkdən və ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyuram.Bu vəzifədə çalışacağım müddətdə mənə göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübəmi və bacarığımı var-gücümlə sərf etməyə çalışacağam"!

Qeyd edək ki, Mariana Vasileva Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunub. O, yeni vəzifədə İsmayıl İsmayılovu əvəzləyib.

635x100

Şərhlər

Camaat 2021-12-09 11:00:10

"Axsaq atında kor nalbəndi olar" deyiblər.

Vahid 2021-12-07 23:47:59

Yəqin Mariana xanımım gomnastikası hakimiyyətdəkilərin xoşuna gəlib.Yoxsa Azərbaycanda idarəçilik təhsilli,təcrübəli adam təyin edərdilər də1

Ahılkadr 2021-12-07 12:55:16

Ara, buracan bilinir O, yenə kimin namizədidir. Hansı pillələri və təcrübəni keçib ki, həmin vəzifəyə təyin edilib? Hər işə ixtisası və təcrübəsinə görə təyin edirlər, Təbii ki, yaxşı idmançı yaxşı məşqçi və baş məşqçi də ola bilər.

t.ədalət 2021-12-06 12:23:19

Mariana xanım Bolqarıstanda bir rus diplomatın ailəsində doğulub.Diplomatlar həmişə kəşfiyyat işi ilə məşğul olurlar.Onlar bu və ya digər peşələrlə məşğul olsalar da əsas işlərindən-kəşfiyyatdan ayrılmırlar.

Son yazılar