MAAŞ, PENSİYA və MÜAVİNƏTLƏRİN NƏ QƏDƏR ARTACAĞI AÇIQLANDI - Bəzilərində iki dəfəyə yaxın...

"Gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artımlar olacaq".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərinin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır: "Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir".

635x100

Şərhlər

Əhməd Vəliyev 2021-12-07 09:26:50

Boş-boş vədlər.Qirin milləti,özləri kef çəkir ,millət zillət içindədir.

RAHİM 2021-12-06 20:36:27

Tamamilə doğrudur. Necə olur ki xalqın " seçdiyi" deputat Qanunvericiliklə MƏŞĞUL olmur. Yalnız HÖKUMƏTİN layihələrinə "hə" deyir. Yaxşı olar ki deputatlar nəzarətdən kənarda qalan Tarif Şurasının fəaliyyətinə də nəzarət ETSİN. Qiymətlər , Rüsumlar indidən 50 faiz qalxır , pensiya 40man qalxır.Nə vaxt. AZƏRBAYCANDA ƏDALƏT ZƏFƏR ÇALACAQ?

Musa Quliyevə 2021-12-06 16:59:10

Birdən gələn il bahalaşma davam etsə? Axı 30 ildir yalnız bahalaşna görürük.İnflyasıya isə hökumətə sərf edən rəqəm göstərilir.İnflyasiyanı süni məzənnə ilə yox, bazar qiyməyləri ilə nəzərə almaq doğru olar.v,doğru .

Eldəniz 2021-12-06 16:31:26

Nizim ki, belə "deputatlarımız var,gələn ildə bahalaşmanın Tarif şurası tərəfindən davam edəcəyi mütləqdir.Ona görə MM yenidən demolratik yolla hər rayonun daxili.öz ərazisindən olan tanıdıqıarı nətəndaşlardan seçilərsə onlara bir az inam olacaq.

Pensiyaçı 2021-12-06 15:04:23

Buadan bir sual ortaya çıxır: Niyə maaşlar 40-50 faiz, ama pensiyalar 40-50 manatartırılır.u ayrıseçkilik,pensiyaçılara aşağı münasibət haradan əmələ gəlir? Bu ayrlseçkiliyi kim yaradır? Bunu istimaiyyət anlamır.İzagh tələ olunur.

t.ədalət 2021-12-06 14:07:41

Bu Musa Quliyevin hansı millət olduğu anlaşılmır......İşığa,qaza və suya ödənilən pulların əndazəni aşdığını görmürsənmi,Musa Quliyev?

Həsən 2021-12-06 12:55:17

Azərbaycanda hec vaxt qazanc inflyasiyani üstələməyib Musa müəllim.

Zakir 2021-12-06 12:46:33

Bu adam cox qeyri ciddi danisir kah deyir 20 40 faiz kah reqem demir umumi deyir. Bu deyesen Hadi Recebliye sukur oxuduracaq

Son yazılar