“O ƏMƏKDAŞI CƏZALANDIRIN!...” – Vətəndaş yol polisindən şikayət edir (FOTO)

"Noyabrın 30-da saat 10:12 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsinin Həzi Aslanov metrostansiyasının yaxınlığından keçən hissəsində Dövlət Yol Polisinin (DYP) 99 YP 504 dövlət nömrə nişanlı xidməti avtomobili mənə məxsus 90 CL 770 "Hyundai Santafe" markalı minik maşınını təqib edərək saxladı. Polis kiçik serjantı Mahmudov İlkin Sabir oğlu yaxınlaşaraq inzibati xəta törətdiyimi bildirdi. Dedi ki, kameraya düşmüşəm, ona görə cərimə olunacağam. Daha sonra spirtli içki qəbul edib-etmədiyimi soruşdu, mən içkili olmadığımı bildirdim. Buna baxmayaraq, o məni YPX avtomobilinə əyləşdirərək məcburi şəkildə alkotestrlə yoxladı". 

Bunları "AzPolitika.info" saytına şikayətində Bakı sakini Əliyev Xeyrulla Mehdi oğlu bildirib. Şikayətçi əlavə edir ki, polis əməkdaşı ona İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2 maddəsi ilə 60 manat cərimə yazıb: "O mənə protokolu imzalamağı təklif etmədi. Mən az qala hər gün müşahidə edirəm ki, həmin YPX avtomobili yol kənarında gizlənərək kameraya düşən sürücülərin arxasınca gedir və onlara protokol tərtib edir".

Şikayətçi bildirir ki, polis əməkdaşı sürücüləri öz avtomobilinə dəvət edərək onunla sövdələşmə aparır, alınmadıqda protokol tərtib edir.

Xeyrulla Əliyev media vasitəsi ilə Dövlət Yol Polisinə bir neçə sual ünvanlayır: "Əvvəla, DYP avtomobilində əyləşən polis əməkdaşlarının xidmət apararkən gizlənməsi nə dərəcədə qanunidir? İkincisi, əgər mənim törətdiyim inzibati xəta kamera vasitəsi ilə qeydə alınırsa, YPX avtomobilinin sürücünü 300-400 metr təqib edib, onu saxlaması və protokol tərtib etməsi doğrudurmu? Axı, kameralarla qeydə alınan inzibati xətəlara görə yazılan elektron protokollar sürücülərin qeydiyytda olduğu ünvanlara göndərilir, həmçinin SMS vasitəi ilə onlara bildiriliş verilir?

Üçüncüsü, sürücü saxlanılarkən, onun alkotestrdən keçirilməsi vacibdirmi? Sərxoşluq əlamətləri olmayan vətəndaşın məcburi şəkildə YPX avtomobilinə əyləşdirilib spirtli içki qəbul edib-etmədiyinin araşdırılması qanunidirmi?” 

Vəkil Bəhruz Bayramov cürücünün qaldırdığı suallarla bağlı "AzPolitika.info"-ya şərhində bildirib ki, YPX avtomobilinin xidmətdə olarkən gizlənməsi mövcud qanunvericiliyə və təlimata ziddir. O, qeyd edib ki, əgər sürücünün törətdiyi inzibati xəta kameralar vasitəsi ilə qeydə alınıbsa, YPX avtomobili onu təqib edə bilməz. Belə hal varsa, bu tamamilə qanunsuzdur. Çünki ona elektron protokol tərtib edilir və ünvanına göndərilir. Sürücünün məcburi alkotestrdən keçirilməsinə gəlincə, vəkil vurğuladı ki, sərxoşluğu müəyyən edən əlamətlər var: "Onun ağzından spirt iyi gəlirsə, maşını idarə edərkən qaydaları kobud şəkildə pozursa, ayaq üstə sərbəst dayan bilmirsə və s. o zaman alkotestrdən keçirilə bilər. Bu zaman sürücünün məcburi şəkildə YPX avtomobilində əyləşdirilməsi də təlimata ziddir. Əgər bu halların heç biri yoxdursa, yol polisinin bu hərəkəti də yolverilməzdir, qanuna ziddir".

Şikayətçi Xeyrulla Əliyev media vasitəsi ilə DİN-nin Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müraciət edərək üzləşdiyi qanunsuzluğun aradan qaldılmasını, bu əməli törədən əməkdaşın cəzalandırılmasını xahiş edir. Sürücü bildirir ki, hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.

"AzPolitika.info"


635x100

Şərhlər

turan 2021-12-07 11:36:19

Ümumiyyətlə əgər yol hərəkət qaydasının pozulması kameralar tərəfindən qeydiyyata alınırsa YPX-n sürücünü saxlaması absurddur..

RAHİM 2021-12-07 11:12:56

Yaxşı olar ki YPX ƏMƏKDAŞLARI. İŞDƏN KƏNARLAŞDIRILSIN. ÇÜNKİ KAMERALAR. HƏR. BİR. POZUNTUNU. QEYD EDİR.

RAHİM 2021-12-06 22:28:26

MƏN DƏFƏLƏRLƏ ŞAHİDİ OLMUŞAMKİ POLİS ÖZ MƏSULİYYƏTİNİ DƏRK ETMİR MAŞININDAN DÜŞMÜR SÜRÜCÜ YƏ YAXINLAŞMAQ. ƏVƏZİNƏ SÜRÜCÜNÜ POLİS MAŞINININ İÇİNƏ ÇAĞIRIR. SUAL OLUR ƏGƏR RADARADÜŞÜRSƏ, SÜRÜCÜYƏ NİYƏ ƏLAVƏ. PROTOKOL NİYƏ YAZILMALIDIR?

Əmin 2021-12-06 21:40:11

Vaqif adlı şərhçi ya DYP əməkdaşıdı yada yaxın qohumlarından kimsə DYPdə işləyir. Əslində isə el arasında bir söz var "od olmayan yerdən tüstü çıxmaz" indi bir belə millət məgər yalan danışır bir-iki DYP əməkdaşı düz?!

RR 2021-12-06 21:21:04

Allah belalarin verecek ) gec tez…

t.ədalət 2021-12-06 20:10:16

Ümumiyyətlə,ölkədə hərc-mərclikdir.BNA da müharibə əlillərinin qəniminə çevrilib.Aptek yanında saxlamağını görürsən,on dəqiqədən sonra BNA-nın cərimə sms-i gəlir.....

Vagif 2021-12-06 20:07:27

Yaxwi edir gizlenir men wexsen son 3-4 ilde hec bir ypx emekdawi saxlamiyib cunki gayda posmuram indi odurki bu megalenin muelifi hagda wikayet yazmag evezine yol hereketi qaydalarinni pozmasin her weydede ypx ni gunahlandirmag olmaz

Sürücü 2021-12-06 16:49:00

Belə bir hal Ayna Sultanova heykəli qarşısındakı körpünün altında da hər gün baş verir.DYP avtomobili körpünün altında saxlayır.qarşı yoldan gələm abvtomobillərə qarşı həmin hərəkətləri edir.əar

Son yazılar