ƏLİ HƏSƏNOVUN GÜRCÜSTANDA DA BİZNESİ AŞKARLANDI - Oğlunun adına açıb + FOTOLAR

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun Gürcüstanda biznesi üzə çıxıb.

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb. Ə.Həsənovun oğlu Şamxal Həsənlinin Tbilisidəki biznes fəaliyyəti ilə bağlı bəzi ipucları əldə etmək mümkün olub.

Sənədlərdən məlum olur ki, Həsənovlar ailəsinə məxsus DULCE NUTRİTİON LLC 2017-ci ilin oktyabrında Tbilisinin İsani rayonunda Tedzami küçəsi 5 ünvanında hüquqi qeydiyyata alınıb.

Şirkətin direktoru Sənan Abdullayev adlı şəxsdir, onun 100 faiz pay hüququ Şamxal Həsənliyə məxsusdur. Şirkətin hansı profil üzrə fəaliyyət göstərdiyi məlum deyil.

Sənan Abdullayevin adı Gürcüstanın İctimai Qeydiyyat üzrə Milli Agentliyində qeydiyyata alınmış "Caspian Inspection Company" Ltd (შ.პ.ს. "კასპიის საინსპექციო კომპანია"), Village Group Ltd. (შპს სოფ ჯგუფი), Megobari Ltd (შპს მეგობარი - Dost Ltd.), B.h.e. Co. Ltd (შპს B.H.E. Co.) və Pompa+ Ltd (შპს პომპა+) şirkətlərinin təsisçiləri sırasında da keçir.

635x100

Şərhlər

Camaat 2021-12-08 11:20:41

Bu .... sifətlərə baxmaqdan bezdik.Onun və onun kimi GƏDƏLƏR həbs olunmalıdır...

RR 2021-12-08 07:08:44

Biyabrciliqdiyee , bes indikiler dûz ishleyirler ? bûtûn dunya bilir ki , biz rûshvet icinde batib qedirik )

Moshu 2021-12-08 04:51:22

Qarabağın bərpasına maliyyə vəsaiti tələb olunur? Bizə heç kimin yardımı lazım deyil. Bu parazitləri silkələsən neçə Qarabağ bərpa olunar, neçə Vətən müharibəsi iştirakçılarına, hərbimçilərimizə dəstək ola bilərik. Nədənsə bu mexanizm (Korrupsiyaya qarşı mübarizə idarəsi nəzərdə tutulur) işlək vəziyyətdə deyil, amorf bir təşkilatdır, sifarişli təşkilar, ölü goğulan uşağa bənzəyir

elman 2021-12-07 23:59:39

Bunnlara kim nəzarət etməli ido? İllərlə davam edən mənimsəmə,rüşvxət niyə araşdırılmır.( Axı Səfərovun məhkəməsində bir çox faktlar sübuta yetirildi )

Cagangir 2021-12-07 23:45:24

Ataran olsa çox şeylər ortaya çıxar..Amma nədənsə maraqlanan,corğuya çəkən yoxdur.Hər cinayət ortayaçıxdığı halda Əli Həsənovu dindirən niyə yoxdur.Bunu hakimiyyət niyə müdafiə edir? Səbəb?

Urfan 2021-12-07 18:23:20

İndi nolsun ki? Hakimiyyət cinayətləri ortada olanları həbs eləmir və özünü biabır edir. Bu hansı siyasətə yarayır ki. Cinayətkardısa həbs olunmalıdır. Yox təqsirsizdilərsə onda bunları niyə rüsvay edirlər. Bir komandada on illərdir işləyiblər.

Son yazılar