HƏBS EDİLƏN RƏİS ÇAĞRIŞÇILARDAN NƏ QƏDƏR RÜŞVƏT ALIB? - Prokurorluq açıqladı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi Babayev Rövşən Əlixan oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə 2016-2019-cu illər ərzində qeyd edilən vəzifədə işləyərkən Rövşən Babayevin həmin idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Yaşar Hüseynov, habelə Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasının tibb işçiləri və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 nəfər çağırışçının hərbi xidmətə cəlb edilməməsi üçün ümumilikdə onlardan 22 min 800 manat pulu rüşvət qismində tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Rövşən Babayev, Yaşar Hüseynov və başqalarına Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Cinayətlər Məhkəməsinə göndərilib.

635x100

Şərhlər

Cənab DTX-i yolunuzu gözlə. 2021-12-08 21:18:11

5 villası ilə gündəm olan başçıdan Şəhid qəbirlərinə ÖGEY MÜNASİBƏT... - Usubovun vaxtı çoxdan yetişib... Tarix: Bu gün, 10:40 | Çap et 5 villası ilə gündəm olan başçıdan Şəhid qəbirlərinə ÖGEY MÜNASİBƏT... Şəki rayon Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürəhimov Sadıq Məmmədəli oğlu tərəfindən şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, iki şəhid məzarının olduğu Aşağı Göynük kəndinin qəbirsanlığı acınacaqlı vəziyyətdədir. “Bura sanki “Balaxanı zibilliyi”ni xatırladır. Axı bu qəbirsanlıqda iki şəhidin məzarı da var. Aidiyyatı qurumlar heç olmasa ordan asılan üç rəngli bayrağa hörmət qoysunlar”. Şikayətçinin sözlərinə görə, o, qəbirsanlığın bu vəziyyəti ilə bağlı icra nümayəndəsinin müavini Yusif Hümbətova müraciət edib və məlum olub ki, bu qəbirsanlığa baxan yoxdur. “Çağırdım ki, bu nə vəziyyətdir? Ondan soruşdum ki, bu qəbirsanlığa baxması üçün neçə nəfər təsərüffat işçisi ayrılıb? Bildirdi ki, 14 nəfər. Mən isə həmin işçilərin adlarını soruşdum. Bu zaman Yusif Hümbətov nə həmin iççilərin adlarını bilmədi, nə də özlərini tanımadı. Çünki həmin adamların yalnız kağız üzərində adları var. Xahiş edirəm ki, aidiyyatı qurumlar bu məsələyə diqqətli yanaşsınlar”. Məsələ ilə bağlı Şəki şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı. Bizimyol.info DİA.AZ-dan: Xatırladaq ki, Şəkinin icra başçısı Elxan Usubov zamanında 5 villası ilə yerli KİV-in qəhrəmanına çevrilmişdi. Bu iddialara heç bir reaksiya verilmədi də. İndi isə görünəni odur ki, barəsində səslənən ittihamlara rəsmi reaksiyaların verilməməsi Elxan Usubov cənablarında əməllicə rahatlıq yaradıb...

Son yazılar