Kabildə Aİ-nin nümayəndəliyi fəaliyyət göstərəcək

Yaxın həftələrdə Avropa İttifaqının (Aİ) Əfqanıstanın paytaxtı Kabil şəhərində nümayəndəliyi açılacaq. Lakin bu hələ rəsmi Brüsselin Əfqanıstanda “Taliban” hakimiyyətini tanıması demək deyil.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət idarəsinin nümayəndəsi Nabila Massrali Avropa Komissiyasının mətbuat konfransında çıxışı zamanı bildirib.

“Biz Aİ-nin Kabildə minimal iştirakını təmin etmək üzərində çalışırıq. Bu, heç də tanınma demək deyil”, - o deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar