BƏM Ermənistanla bağlı qərar verdi: “Etnik zəmində zorakı çağırışlar edənlərlə bağlı tədbir görün!”

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verib.

Bu barədə qərarı Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası əsasında bu gün qəbul edib.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin ali məhkəmə orqanıdır.

Qeyd edək ki, burada söhbət Ermənistandakı bir sıra qruplarla yanaşı muzdlulara təlim keçirilməsini təşkil edən VOMA (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti”) kimi təşkilatlardan da gedir. Bu qərarla Ermənistan bu cür təşkilatların da fəaliyyətini dayandırmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar