Menu

ABŞ İran və Suriyaya qarşı sanksiyalar siyahısını genişləndirib

08.12.2021, 00:33
ABŞ İran və Suriyaya qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ-ın Maliyyə Nazirliyi mülki şəxslərə qarşı “repressiv” hərəkətlərə görə İran, Suriya və Uqandadan olan hərbçilər də daxil olmaqla, 15 şəxsi sanksiya siyahısına daxil edib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

“OFAC (ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi-red) günahsız mülki şəxslərə, siyasi rəqiblərə və dinc etirazçılara qarşı ciddi insan hüquqları pozuntuları və repressiv hərəkətlərlə əlaqədar üç ölkədə 15 qurumu (sanksiya-red) siyahısına daxil edir", - sənəddə deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol