Azərbaycanda xərclənə bilən neft gəlirləri – proqnozlaşdırılan büdcə ilinin əvvəlinə xalis maliyyə aktivlərinin 30%-i ilə icmal büdcənin neft gəlirləri arasında yaranan fərqin 20%-nin həmin göstəricilərin kiçiyinin üzərinə gəlinməklə formalaşan məbləğ büdcə qanunvericiliyindən çıxarılır.
“Report” xəbər verir ki, bu məsələ “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, bu anlayışın qanunvericilikdən çıxarılması büdcə qaydasının yeni formada tənzimlənməsi ilə bağlı dəyişikliklərlə əlaqəlidir ki, bu baxımdan irad və təkliflər yoxdur.


Şərhlər
Mən bir VƏTƏNDAŞ və neftə aid mexanik kimi bütün mədən-təbii sərvətlərdən gəlirlərin proqnoz üzrə hasilatçının xərclərinə max 13-20% saxlanmaqla tam DÖVLƏT büdcəsinə köçürülməsini xalqın haqqı sayıram! Büdcədən onun ehtiyat fonduna və digər istiqamətlərə yönəldilməsi sonrakı məsələdir. Bu ciddi məsuliyyətdə ən kobud SƏHVİ artıq on illərdir dövlətimiz buraxıb. 28 il müharibənin azı 10-15 ili yüksək gəlirimiz olub! Silah-sursatdan qeyri ərzaqdan tutmuş heç bir ehtiyat, hətta 20% lik Qarabağın bərpası fonduna bircə manat da toplanmayıb? Hədsiz bədxərclik məncə bəzəyə və təzəyə (siyasi gedişlərə) xərclənib?