Menu

“İxtisaslı işçi qüvvəsinin xüsusi çəkisi 35 %-dən çox deyil” - Sahil Babayev

08.12.2021, 11:30
“İxtisaslı işçi qüvvəsinin xüsusi çəkisi 35 %-dən çox deyil” - Sahil Babayev

“Ölkədə hər il əmək bazarına təxminən 100 mindən çox gəncin daxil olması əmək qabiliyyətli əhalinin, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin olunması deməkdir”.  Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar: “Digər tərəfdən ixtisaslı işçi qüvvəsinin iqtisadi fəal əhalidə xüsusi çəkisi 35 %-dən çox deyil”.

Nazir Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol