"Vətən müharibəsindən sonra 20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin edilib" - Nazir

"Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib. 20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin edilib".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "YAŞAT" Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu il şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2 600-ə yaxın mənzil təqdim edilib: "İlin sonuna qədər proses davam edəcək. 10 min nəfər sosial psixoloji dəstək xidmətlərindən yararlanıb. 1000-dən artıq şəxs təkərli oturacaqlarla təmin edilib. 163 müharibə əlili olan əsgərə 174 elektron yeni nəsil protezlər verilib. Bundan sonra təxminən 12-17 belə protezin qoyulması da planlaşdırılır. Bununla da həmin şəxslərin gündəlik həyata inteqrasiya edilməsinə və əmək bazarına daxil olmasına şərait yaratmış olacaq".

Nazir bildirib ki, 5 500 nəfər şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunub: "Əlavə 2500 nəfər işlə təmin olunub. Məşğulluq marafonu vasitəsilə 1300-ə yaxın şəhid ailəsi üzvü və qazi işə düzəliblər. Bütün rəqəmlərin yekunu olaraq, 9300-dən artıq bu qəbildən olan vətəndaşlar daimi iş yerləri ilə təmin olunurlar. Vahid Əlaqələndirmə Mərkəzi vasitəsilə Bakı şəhəri tam əhatə olunur. Ötən üç ayda 4 163 şəxsə xidmət göstərilib. Şəbəkənin regionlara yayılmasını hədəfləyirik".

635x100

Şərhlər

nəhayət 2021-12-08 13:43:00

20000 min şəhidi etiraf etdi!

t.ədalət 2021-12-08 13:25:12

Hələ etiraf olunan 20 min şəhiddir.Bunun itkin düşəni,ruslar tərəfindən əsir götürülüb ermənilərin əli ilə əzaları satışa çıxarılan nə qədər soydaşımız var.Bu qədər balamızı məhv edən Putindən və ümumilikdə Rusiya dövlətindən dost ola bilərmi?Putinə dost demək,məncə erməni ilə qatışıq olmaq deməkdir.

Son yazılar