Azərbaycanda 33 788 narkotik istifadəçi qeydiyyata alınıb - Olanlardan 619-u qadındır

“Hazırda Respublika Narkoloji Mərkəzində 33 788 nəfər qeydiyyatdadır. Onlar narkotik istifadəçiləridir”.

“Report” xəbər verir ki, bunu mərkəzin baş direktoru Orxan Cəfərov deyib.

O qeyd edib ki, qeydiyyatda olanlardan 619-u qadındır: “Yaş qruplarına gəlincə, 15-17 yaşarası 9 nəfər, 18-24 yaşarası 2 242 nəfər, 25-29 yaşarası 5 403 nəfər, 65 yaşdan yuxarı olanların sayı isə 207 nəfər təşkil edir”.

Direktor qeyd edib ki, son zamanlar narkotik istifadəçilərinin sayı artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar