“BUNU ARZULAYAN LƏYAQƏTSİZ VƏ ERMƏNİDİR!...” – “Osmanqızı bu kampaniyanı təşkil etsin...” (VİDEO)

Jurnalist Sevinc Osmanqızına məxsus "Osmanqızı" youtube kanalında bugünlərdə yayımlanan verilişdə "Kaş, prezidentimiz Paşinyan olardı" fikrinin səslənməsi cəmiyyətdə rezonans doğurub. Bu ifadə efirə zəng edən bir tamaşaçı tərəfindən səsləndirilib və jurnalist “kaş, kaş” deyə, bu fikrə şərik çıxıb.

Sosial şəbəkə fəalları və ictimaiyyət nümayəndələri tərəfindən sərt qınağa məruz qalan S.Osmanqızı, qara piarda və anti-milli fəaliyyətdə ittiham edilib. Xüsusən, onun özünün şəhid övladı olduğunu qabardan tənqidçilər, düşmən ölkəni öyməklə aparılan mübarizənin milli hisslərlə bir araya sığmadığını vurğulayıblar. 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu mövzu barədə "AzPolitika.info"-ya şərhində bildirib ki, Osmanqızının sözügedən fəaliyyəti siyasi etikadan və milli hisslərdən kənar hərəkətdir: ""Kaş, Paşinyan bizim prezidentimiz olaydı" nə deməkdir? Azərbaycanla müharibə eləmiş, məğlub olmuş bir ölkənin başçısını özlərinə rəhbər arzulayırılar? Hesab edirəm ki, daxildə gedən siyasi mübarizədə düşmən ölkə ilə yanlış müqayisələr, paralelliklər aparmaq olmaz. Xüsusən, düşməni daha üstün göstərmək, özümüzü aşağılamaq qətiyyən yolverilməzdir. Daxili siyasətdə bir-birimizə qarşı nə qədər sərt ifadələr işlətsək də, xaricdə ümumi milli mövqedən çıxış etməliyik". 

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa isə bildirib ki, əslində burda təəccüblü bir şey yoxdur, bütün ermənilər istəyir ki, onların Nikol Paşinyan kimi prezidentləri olsun: “Azərbaycanda 30 min erməni yaşayır, onların bir hissəsi Amerikaya köçüb, aralarında Avropaya köçənlər də var. Bunların prezidenti, əlbəttə, Paşinyan olacaq. Yəni onlar milli duyğularını dilə gətirərək, onun prezident olmasını istəyirlər"

Millət vəkili ironiya ilə vurğulayıb ki, burda Sevinc Osmanqızı və başqalarının da müəyyən haqqı var. "Yəni hər kəs öz millətinin dəyərlərinə uyğun prezident istəyir. Biz istəyirik ki, Azərbaycanın prezidenti Qarabağda zəfər qazanan insan olsun. O da istəyir ki, Qarabağda məğlub olub revanş götürən bir erməni olsun. Ermənilərin belə bir şey istəməsi normaldır. Prezident seçkiləri keçirilən zaman onlar Paşinyanın namizədliyini verə bilərlər. Azərbaycan vətəndaşı olan ermənilərin də öz prezidentini seçmək hüququ var. Əgər 40 min imza toplaya bilərlərsə, Sevinc Osmanqızı bu kampaniyanın təşkilatçılığını etsin və 40 min imza toplasın. Desin ki, biz ermənilər istəyirik ki, Nikol Paşinyan bizim prezidentimiz olsun. Səsverəyə buraxsın və səsvermədə kim seçilsə, o prezident olsun. Məncə, azərbaycanlılar qalib gəlmiş, Qarabağı Azərbaycana qaytarmış azərbaycanlıya səs verərlər"

F.Mustafa qeyd edir ki, bir azərbaycanlının ermənini öz prezidenti görmək istədiyini təsəvvür etmək çətindir. "Hətta deyək ki, müxalif mövqedə olsun, hansı ləyaqətli azərbaycanlı öz liderinin erməni olmasını arzulayar? Deməli, bunu arzulayan ləyaqətsiz və ermənidir. İndi bunlar Sevinc Osmanqızının adından dilə gətirirlərsə, gətirsinlər. Amma bizim milli qürurumuz var, bu arzu qüruru olmayanların ürəyində qalacaq", - o vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Camaat 2021-12-17 11:20:26

Azad -demokratik ölkədə yaşayırıq deyirsiniz.Sevinc xanımda öz fikrini deyib. Burada nə qəbahət varki?

Adil 2021-12-09 17:53:56

Bu məxluqlar şərəfsizlər ansamblının üzvləridir, allah lənət etsin bu məxluqlara.

ismixan 2021-12-09 17:29:21

demokratiya baxımından deyilib söz ey trollar!

RAMO 2021-12-09 13:15:55

Bunun bir gözlərinə baxın, gözlər bir yerdə durmur. Çox ayıb!!!

sami 2021-12-09 11:55:19

bəsarəti bağlanıb, biruza verdi.

Eli 2021-12-08 22:37:15

Bunu buraxın öz vicdanı ile baş başa.Allahı bilsin öxü bilsin.Her kes öz emelinin girovudur.

Roma 2021-12-08 22:01:16

Bu qadının qanında Azəri qanı yoxdur və mən inanmıram ki, o Osman Mirzəyevin qızıdır. Gərək nə qədər insanlıqdan uzaq olasan ki, bu cür hərəkətə yol verəsən...

Kasıb 2021-12-08 21:42:44

Bu videonu tam yeləşdirin də kəsib kiçik hissəsini verirsiniz

musa 2021-12-08 19:08:40

bu... atasını elə bil erməni öldürməyib . şıntır

Sabina Karimli 2021-12-08 17:48:25

Erməni sifət ...! Atanın ruhu sızıldayır ay fərsiz işə yaramayan məxluqat! Heyif ki, sən o kişinin qızısan

Son yazılar