Daxili işlər orqanlarında yeni təyinat olub. Oxu.Az xəbərinə görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xətai Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Zaur Nəsirov vəzifəsindən azad edilərək Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Z.Nəsirov 1980-cı ildə Xankəndi şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüqüq fakultəsini bitirib.
Həmin ildən daxili işlər orqanlarında xidmət edir.


Şərhlər
İNŞALLAH yaxın vaxtlarda Xankəndində polis rəisi olar.Uğurlar olsun. Amma vicdanılı olmaq və hərəkət etmək yaddan çıxmasın.
uğurlar reis