Menu

Dövlət Agentliyi bağçalardakı vəziyyətlə bağlı valideynlərə çağırış edib

09.12.2021, 16:59
Dövlət Agentliyi bağçalardakı vəziyyətlə bağlı valideynlərə çağırış edib

“Valideynlər uşaqlarını göndərdikləri təhsil müəssisələrinin texniki, sanitar-gigiyenik vəziyyəti ilə maraqlanmaldırlar”.

“Report” xəbər verir ki, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı Şəhla Yusifzadə məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasının düzgün təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərindən danışarkən deyib.

O bildirib ki, bu, valideynlərin hüququdur və onları bundan heç kim məhrum edə bilməz.

Agentlik nümayəndəsi söyləyib ki, cipsilərin, saqqızların məktəblərdə və bağçalarda satılması və istifadə olunması qəti qadağandır: "Həmçinin kremli məmulatlar, xüsusi qızardılmış məhsulların istifadəsi qadağandır".

Şərhlər

Dircelis namine 2021-12-09 20:39:44

Bagcalarin Agentlik cetiri altindan birlesdirilerek regional idarelere bolunmesi ve publik huquqi sexs formatinda idare edilmesi zeruridir. Bagcalara butun heyet online musteqil keciriliren imtahan neticesinde ishe qebul edilmelidir. Bu cox vacib meseledir. Bele olacagi teqdirde keyfiyyet yukselecek. Milli meclisde savadli bir nefer tapilmadiki bu teklifi seslendirsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol