Menu

KƏLBƏCƏRDƏKİ MÖVQELƏRİMİZ YENİDƏN ATƏŞƏ TUTULDU - Müdafiə Nazirliyi məlumat yaydı

09.12.2021, 18:15
KƏLBƏCƏRDƏKİ MÖVQELƏRİMİZ YENİDƏN ATƏŞƏ TUTULDU - Müdafiə Nazirliyi məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub.

Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib.

Şərhlər

t.ədalət 2021-12-09 18:52:34

Putin işğalməramlı qoşunlarını regionda saxlamaqdan ötrü "atəşkəs"i pozmağa başlayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol