Menu

YARIM ƏSRDİR GÖRÜNMƏMİŞ MÜHARİBƏ OLACAQ - Generaldan xəbərdarlıq

09.12.2021, 20:29
YARIM ƏSRDİR GÖRÜNMƏMİŞ MÜHARİBƏ OLACAQ - Generaldan xəbərdarlıq

“Rusiyanın Ukraynanı işğal cəhdi Avropada İkinci Dünya müharibəsindən indiyədək görülməmiş vəziyyət yaradacaq”. “Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Toni Radak deyib.

O, Rusiyanın addımlarının Qərbin maraqları üçün təhdid olduğunu bildirib: “Rusiyanın Krımı ilhaq etməsindən təxminən 8 il sonra 10 minlərlə rus əsgərinin Ukrayna sərhədinə yerləşdirilməsinin yaratdığı böhran bizi çox narahat edir”.

T.Radak həmçinin Çin, İran və Şimali Koreyanın dünyaya meydan oxumaq səylərinin təhlükəsizlik üçün təhdid olduğunu söyləyib.

Xatırladaq ki, Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar 2014-cü ilin aprel ayında başlayıb. Nəticədə Donetsk və Luqansk regionları separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, separatçıların sırasında Rusiya hərbçiləri də var. Rəsmi Moskva bu ittihamı rədd edir.

Şərhlər

Adam 2021-12-10 00:37:26

Bowsohbetdi hecbirweyde olan deil

BAKILI 2021-12-09 22:08:51

Slava Ukraine

t.ədalət 2021-12-09 20:36:26

Rusiya Ukrayna ilə müharibə apara bilməyəcəkLuqansk və Donbasda törətdiyi cinayətləri hələ də qaydasına sala bilmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol