Menu

Azərbaycan tərəfindən Ermənistana qaytarılan əsgərlər həbs edildi

09.12.2021, 23:08
Azərbaycan tərəfindən Ermənistana qaytarılan əsgərlər həbs edildi

Ermənistanın hüquq-mühafizə orqanları Azərbaycandan Ermənistana qaytarılan on hərbçidən beşini həbs edib. Bu barədə Ermənistan KİV-ləri ölkənin İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyana istinadən xəbər yayıb.

“Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə açılmış cinayət işi çərçivəsində beş hərbçi saxlanılıb”, - Tadevosyan deyib.

Onun sözlərinə görə, hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.(virtualaz.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol