Menu

"Gunay Bank” “Bir bərabərdir iki” kampaniyasına start verib

10.12.2021, 18:04
"Gunay Bank” “Bir bərabərdir iki” kampaniyasına start verib

“Gunay Bank” ASC 2022-ci ilin gəlişi ilə əlaqədar yaxınlarına hədiyyə etmək istəyən vətəndaşlarımız üçün maraqlı və çox sərfəli kampaniyaya start vermişdir. 

Kampaniya - “Bir bərabərdir iki” adlanır.

Kampaniyanın şərtlərinə görə Banka müraciət edərək "Mastercard Platinum" ödəniş kartını əldə edən müştəriyə, yaxud həmin müştərinin yönləndirəcəyi istəlilən şəxsə, "Gold" ödəniş kartı istənilən valyutada (manat, dollar, və avro) pulsuz təqdim olunacaqdır.

Kampaniyanın müddəti 1 ay nəzərdə tutulur.

Ətraflı məlumat almaq istəyənlər bankın rəsmi internet və sosial səhifələrindəki çat bölümü, həmçinin 1546 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilər.

Nəzərinizə çatdırırıq ki, kartların online sifarişi Bankın rəsmi internet saytı vasitəsilə mümkündür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol