Menu

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yeni təyinat olub

10.12.2021, 19:09
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yeni təyinat olub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yeni təyinat olub.

“Report”un məlumatına görə, Orxan Məmmədov qurumun Beynəlxalq Əlaqələr və protokol şöbəsinin rəhbəri təyin edilib.

O, bu təyinatadək Azərbaycan Banklar Assosiasiyası prezidentinin müşaviri işləyib.

Qeyd edək ki, O.Məmmədov Almaniyada Münhen Dövlət Universitetində hüquq təhsili, Ruminyada Buxarest Dövlət Universitetində Siyasi elmlər, beynəlxalq əlaqələr və müqayisəli siyasət üzrə təhsil alıb. O, həmçinin Azərbaycan İqtisadiyyat Universitetində mühasibat uçotu və auditi üzrə təhsil alıb. Vaşinqtonda bankların tənzimlənməsi üzrə proqram keçib.

O.Məmmədov müxtəlif vaxtlarda Əmanətlərin Sığortalanması Fondunda Risklərin idarə edilməsi üzrə baş iqtisadçı, baş mütəxəssis və departament direktoru vəzifələrində işləyib.

Şərhlər

Zahid 2021-12-10 21:54:03

Bu qurumun iki addımlığında bir qəzet köşkü var.bütün siqaretlər orada hər yerdən bahadır.satıcıdan soruşanda deyir mən belə satıram.kimə deyirsiniz deyin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol