Menu

"Sumqayıt Nəqliyyat"a yeni baş direktor təyin olunub

11.12.2021, 17:57
"Sumqayıt Nəqliyyat"a yeni baş direktor təyin olunub

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Sumqayıt Nəqliyyat" MMC-nin baş direktoru Rauf Hüseynov işdən çıxarılıb.

"Report" xəbər verir ki, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əmr imzalayıb.

Digər əmrlə Fikrət Orucov "Sumqayıt Nəqliyyat"ın yeni baş direktoru təyin olunub.

Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 50 manatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol