Menu

15 yaşlı qız geyim əşyalarına görə intihara cəhd edib

13.12.2021, 09:13
15 yaşlı qız geyim əşyalarına görə intihara cəhd edib

Xaçmaz rayonunda intihara cəhd baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xanoba kəndində qeydə alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü T.Əliyeva gecə saatlarında özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb.

Lakin o, anası tərəfindən xilas edilib. T.Əliyeva Təcilli Tibbi Yardımla Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaxınlarının sözlərinə görə, 15 yaşlı qızın özünə qəsd etməsinin səbəbi onun istədiyi geyim əşyalarının alınmamasıdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol