Menu

“Qarabağ”ın rəqibi bəlli oldu

13.12.2021, 17:19
“Qarabağ”ın rəqibi bəlli oldu

“Qarabağ”ın Konfrans Liqasındakı növbəti rəqibi bəlli olub.

Apaasport.az saytının məlumatına görə, qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən Azərbaycanın vitse-çempionu pley-offda “Marsel”lə (Fransa) qarşılaşacaq.

“Penyarol” 51-ci dəfə Uruqvay çempion olub Yunis Hüseynov: “Elə bil yerli məşqçilərin hamısı ölüb” Lui Van Qal yıxılaraq zədələnib Qurban Qurbanovun yetirmələrinin rəqibi bugünkü püşkatmada müəyyənləşib. Qrup mərhələsində ikinci olan “Qarabağ”ın Avropa Liqasından üçüncü yer sahibi olan rəqibi ilə ilk matçı səfərdə keçirəcək.

Bu görüş gələn il fevralın 17-də baş tutacaq. Bir həftə sonra keçiriləcək cavab görüşü Bakıda təşkil olunacaq.

Qeyd edək ki, pley-offun qalibləri 1/8 finala yüksələcək. Qrup qaliblərinin birbaşa yüksəldiyi bu mərhələnin püşkü fevralın 25-də atılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol