Menu

Əcnəbi vətəndaşı və azyaşlı övladlarını məcburi işlədən şəxsə həbs cəzası verilib

13.12.2021, 19:06
Əcnəbi vətəndaşı və azyaşlı övladlarını məcburi işlədən şəxsə həbs cəzası verilib

Əcnəbi vətəndaşı və azyaşlı övladlarını məcburi işlədən şəxsə hökm oxunub.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçirib. Nəticədə əcnəbi vətəndaş olan 1 qadını və onun 2 azyaşlı uşağını Zərdab rayonunun Bəyimli qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoymaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Məhəmməd Babakişiyev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-2.2.1 və 144-2.2.2-ci (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən, M.Babakişiyev Cinayət Məcəlləsinin həmin maddələri ilə (məcburi əmək) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

t.ədalət 2021-12-14 12:43:04

Bu,məcburi işə cəlb etmək yox,insanı əsir kimi təhqir etməkdir.Bu adam,əslində ciddi rejimli islah düşərgələrinə göndərilməlidir.Görünür.......Nə isə.Allah köməyimiz olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol