Menu

10 min nəfərlik amnistiya qəbul olundu

29.10.2014, 16:03
10 min nəfərlik amnistiya qəbul olundu

“Media forum” saytı xəbər verir ki, oktyabrın 29-da Tacikistan parlamenti prezident İmaməli Rəhmanın təklif etdiyi amnistiya aktını qəbul edib.

İmaməli Rəhman ölkə konustitusiyasının 20 illiyinə həsr olunmuş amnistiya aktı layihəsini parlamentə oktyabrın 20-də göndərib. 10 min nəfəri əhatə edən amnistiya 1991-ci ildə Tacikistan müstəqillik qazanandan bəri ən geniş əfv aktıdır.

Amnistiya cəzasının dörddə üçünü çəkmiş qadınlara, həddi-büluğa çatmayanlara, yaşı 55-i keçmiş kişilərə, digər ölkələrin ərazisində hərbi əməliyyatlarda iştirak etdiyinə görə cəza almış şəxslərə, Tacikistanda hərbi-siyasi qarşıdırmalarda iştirak edənlərə, hərbi xidmətdən yayınanlara, hərbi hissəni özbaşına tərk edənlərə və əcnəbilərə şamil edilir. Ehtiyatsızlıqdan az ağır və orta ağır cinayət törədənlər, 5 ilə qədər həbs cəzası alanlar da amnistiyaya düşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol