Menu

BƏƏ F-35-lərdən imtina edir: Danışıqlar dayandırıldı

15.12.2021, 00:30
BƏƏ F-35-lərdən imtina edir: Danışıqlar dayandırıldı

Birləşmiş Ərəb Əmirlikləri ABŞ-dan beşinci nəsil F-35 qırıcıları və digər hərbi texnikanın əldə olunmasına dair danışıqları dayandırıb.

Qeyri-rəsmi məlumatlara görə, 23 milyard dollar dəyərindəki sazişin müzakirəsi ABŞ-ın ərəb ölkəsinə təzyiqləri nəticəsində yarımçıq qalıb.

Məlumata görə, son dörd il ərzində BƏƏ ölkənin yeni nəsil informasiya şəbəkələrinin qurulmasında Çinin “Huawei” şirkətilə əməkdaşlığı səbəbindən ABŞ tərəfindən ciddi təzyiqlərə məruz qalıb.

Okeanın o tayından yeni silahların və qırıcıların ərəb ölkəsinə təslimatı üçün bu əməkdaşlıqdan imtina edilməsi tələb olunub. (“RİA Novosti”)

Şərhlər

Vuqar Memmed.oglu 2021-12-15 01:14:11

120 mln $ F-35 alasan oda xərəb ola düşə okeana ,pilotda katapult edə!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol