Menu

BŞTİ sinif yoldaşlarını təhdid edən şagirdin durumuna aydınlıq gətirib

15.12.2021, 12:55
BŞTİ sinif yoldaşlarını təhdid edən şagirdin durumuna aydınlıq gətirib

"Bakı şəhəri, Suraxanı rayonu, 282 nömrəli məktəbdə özünü aqressiv aparan şagird tədrisinə davam edir və psixoloq dəstəyi alır".

"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, cəmiyyət belə insanlara qarşı həssas olmalıdır: "Əlbəttə ki, həmin şagirdin psixoloji durumunda problem var. Amma onun üzərinə gedib ittiham etməyimiz düzgün yanaşma deyil".

M.Vəliyeva bildirib ki, eyni hal hazırda başqa məktəbdə də özünü büruzə verib: "Valideynlər ayağa qalxıb, şikayət edirlər. Bu, yaxşı hal deyil. Biz cəmiyyət olaraq onları qəbul etməli, inkişafları istiqamətində əlimizdən gələni etməliyik. Şagirdlərin müəyyən məhdudiyyətləri varsa, bunun aradan qaldırılması istiqamətində işlər görməliyik".

Qeyd edək ki, Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi tədris prosesi zamanı özünü çox aqressiv aparıb, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edib. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirib, nizam-intizam qaydalarına riayət etməyib və dərs prosesini pozub.

Şərhlər

Veteran 2021-12-15 22:52:31

Ay "müdrə" düyilən xanım sən övladını və ya nəvəni belə usaqla bir sinifdə oxudarsanmı? Bu usağı apar övladınla bir yerdə tərbiyə et.

Hərbi pensiyaçı 2021-12-15 14:54:25

Belə həyasızlığı necə ört basfır etmək olar? 7 sinif şagirdi birdə birə psix oldu? Belə çıxır ki, bu proses uzun müddətdir ki, davam edirmiş. Bunun üçün dövlətin çətin tərbiyə olunan uşaqlar üçün məktəbləri olmalıdır. Gözləyirsiz ki, sinif ypldaşları da psix olsun 1 nəfərə görə. Onun ailəsini araşdırın görün ata kimdir, ana kimdir ki, onlardan belə yaramaz əmələ gəlib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol