Menu

Moskva merindən miqrantlarla bağlı yeni plan

29.10.2014, 16:51
Moskva merindən miqrantlarla bağlı yeni plan

Moskva meri Sergey Sobyanin bu şəhərdə qanunsuz miqrasiyanın problemi yaratdığını açıqlayıb.

Onun sözlərinə görə, gələn il bu problemin həlli üçün Moskvada yeni patent sisteminə dəyişikliklər ediləcək. Miqrant problemi həll olunandan sonra isə Moskva təhlükəsiz şəhərlərdən birinə çevriləcək. «Əgər xarici və regionlararası miqrasiya yığışdırılsa, Moskva dünyanın ən təhlükəsiz şəhərinə çevrilərdi», - deyə paytaxt meri bildirib.

Bununla belə o miqrantların törətdiyi cinayətlərin 14-15% azaldığını da deyib. /azadlıq.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol