Menu

Monteneqroda "omikron" ştamına 5 yoluxma qeydə alınıb

18.12.2021, 00:52
Monteneqroda "omikron" ştamına 5 yoluxma qeydə alınıb

Monteneqroda "omikron" ştamına 5 yoluxma halı aşkar edilib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Məlumata görə, yoluxanların vəziyyəti qənaətbəxşdir.

Son məlumata görə, 620 min nəfər əhalisi olan ölkədə pandemiya başlayandan indiyədək 160 457 COVID-19 xəstəsi müəyyən edilib ki, bu müddət ərzində 2 367 nəfər dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol