Menu

Ağ Ev İrana qarşı sanksiyaların ləğvi şərtini açıqlayıb

18.12.2021, 08:59
Ağ Ev İrana qarşı sanksiyaların ləğvi şərtini açıqlayıb

İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) əməl edəcəyi təqdirdə ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiyaları ləğv edə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli nümayəndəsi bildirib.

“İranın nüvə sazişinə qayıtması ABŞ-ın sanksiyalarını ləğv etməyin yeganə yoludur", - nümayəndə qeyd edib.

Xatırladaq ki, İranın nüvə sazişi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üzrə danışıqların 7-ci raundu noyabrın 29-da Vyanada başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol