Menu

Ermənistan Türkiyə ilə dialoq üçün xüsusi nümayəndə təyin edib

18.12.2021, 21:35
Ermənistan Türkiyə ilə dialoq üçün xüsusi nümayəndə təyin edib

Ermənistan Türkiyə ilə dialoq üçün xüsusi nümayəndə təyin edib.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan "Twitter"də bildirib.

Onun sözlərinə görə, Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün dialoq prosesində Ermənistanı təmsil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol