Menu

Mahir Emreli Polşadan ayrılıb

20.12.2021, 09:33
Mahir Emreli Polşadan ayrılıb

"Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşadan ayrılıb.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu bu barədə instaqram hesabından paylaşım edib.

Forvard axşam saatlarında Bakıya çatıb. Hava limanından foto paylaşan Emreli postda "family coming first" (ailə birinci gəlir) yazıb.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Hücumçunun Varşava təmsilçisindən ayrılacağı gözlənilir.

Şərhlər

Niyaməddin 2021-12-20 16:45:59

Vətənə xoş gəlmisən! Barbarların əlindən sağ salamat çıxdığın üçün sənə gözaydınlığı veririk.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol