Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiqlənməsi) üzrə sınaq imtahanları keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun təlim mərkəzlərində keçirilən sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqlarının səviyyəsi sinif otaqları, o cümlədən çöl-səhra şəraitində yoxlanılır.
Hərbi qulluqçular silahlanmada olan müasir zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra edir, müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirirlər.
Sınaq imtahanlarının keçirilməsində məqsəd şəxsi heyətin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılmasıdır.


Şərhlər
Müdafiə nazirliyində ən çox korrupsiyalaşməış sahə elə bu məharət dərəcəsi deyilən "oyundur".Rus ordusunda xidmət edib pensiyaya çıxanlara bu dərhal tətbiq edilir.Ancaq,Səfər Əbiyevin günahı ucbatından bu dərəcəni almağa imkanı olmayan milli zabitlərə hələ də məharət dərəcəsinə görə ödəmələr edilmir.Qanuna görə nazirliyin səhlənkarlığı nəticəsində məharət dərəcəsi ala bilməyənlərə ödəniş edilməlidir.