Menu

Rusiyada PUA-lar üçün yeni raketlər hazırlayıblar

21.12.2021, 08:31
Rusiyada PUA-lar üçün yeni raketlər hazırlayıblar

Rusiyada yeni idarə edilən aviasiya X-PUA raketi hazırlanıb. Onu PUA-lara və vertolyotlara quraşdırmaq planlaşdırılır.

«RİA Novosti»nin müdafiə sənayesi kompleksindəki mənbəyə istinadla xəbər verdiyi kimi, yeni raketin uçuş məsafəsi 10 kilometrə qədərdir. O, ağır zirehli texnika və aşağı uçuşlu, aşağı sürətli hava hədəflərini vurmaq qabiliyyətinə malikdir.

X-PUA tank əleyhinə idarə olunan «Kornet-D» kompleksi döyüş sursatının inkişaf etdirilməsi xəttidir. Raket müasirləşdirilmiş izləmə sisteminə malikdir. O, hədəfə həm lazer şüalarının köməyi ilə, həm də istilik-televiziya reimində yönəldilir. Mənbənin sözlərinə görə, aviasiya raketi zərbə PUA kompleksi sisteminə daxildir («Forpost» və «İnoxdets»), həm də Ka-52M vertolyotlarında istifadə olunacaq.

Mənbə xəbər verib ki, Ka-52M sınaq nümunəsindən artıq aviaraketlərin onlarla uğurlu atışları apalılıb. Atışlar həm də PUA-lardan («İnoodets», «Forpost» və «Altius») həyata keçrilib.

AzPolitika.info

Şərhlər

t.ədalət 2021-12-21 08:37:19

İndiki Rusiyanın istehsal etdiyi silahların hamısı keyfiyyətsizdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol