Menu

İsveçrədə “Qızıl” referendumu

29.10.2014, 18:31
İsveçrədə “Qızıl” referendumu

İsveçrədə referendumdan bəli cavabı çıxarsa, 1040 ton qızıl ehtiyatı olan İsveçrə Mərkəzi Bankının 5 il ərzində 1600 ton qızıl toplaması lazım olacaq. Bunun qızıl qiymətlərində artıma səbəb olacağı dilə gətirilir.

İsveçrədə ölkənin Mərkəzi Bankının ehtiyatlarının ən azı 20%-ni qızılda saxlanılmasını təklif edən layihə referenduma çıxardılacaq. Əgər layihə qəbul edilsə, İsveçrə Mərkəzi Bankı 5 il ərzində bazardan təxminən 1600 ton qızıl satın almaq məcburiyyətində qalacaq.

İsveçrədə 30 Noyabrda “İsveçrə Qızılımızı Yığ” şüarı ilə keçiriləcək referendumda təqdim ediləcək təklifə xalq müsbət cavab versə, İsveçrə Mərkəzi Bankı ehtiyatlarının ən azı 20%-ini qızılda saxlamaqda öhdəçlik daşıyacaq, təkrar qızıl satmasına icazə verilməyəcək və İsveçrənin sahib olduğu qızılın hamısı ölkə ərazisində saxlanılacaq. İsveçrənin sahib olduğu qızıl ehtiyatının təxminən 70%-i ölkə ərazisində, 20%-i ölkə xaricindəki banklarda və 10%-i isə Kanada Mərkəzi Bankında saxlanılır. Referendumdan bəli cavabı çıxarsa, İsveçrənin xaricdəki qızıl ehtiyatları da ölkəyə gətiriləcək.

İsveçrə Mərkəz Bankının 1999-cu ildə 2 min 600 ton qızıl ehtiyatı vardı. Təklif qəbul edilsə, İsveçrə Mərkəz Bankının qızıl ehtiyatı baxımından 1999-cu ildəki səviyyələrə yenidən çatması təmin ediləcək.

Dünya Qızıl Şurasına görə, İsveçrə Mərkəzi Bankının hal-hazırda cəmi ehtiyatlarının 7,8%-inə bərabər gələn 1040 ton qızıl ehtiyatı var. Bu rəqəmlərə görə, əgər referendumdan bəli cavabı çıxarsa, ehtiyatlarının ən azı 20%-ini qızılda saxlamaqda öhdəlik daşıyacaq İsveçrə Mərkəzi Bankı, bazardan 5 il ərzində 1600 ton qızıl almaq məcburiyyətində qalacaq. Dünya miqyasında bir ildə çıxarılan qızıl miqdarının təxminən 2700 ton olduğu düşünülsə, İsveçrənin bazardan 5 ildə 1600 ton qızıl almasının qızıl qiymətlərində böyük bir artıma gətirib çıxaracağı təxmin edilir.

Bundan başqa, referendumun qəbul edilmə ehtimalı da aşağı görünür. İsveçrədə keçirilmiş son sorğuya görə, xalqdan 44% dəstək alan təklifə, xalqın 39%-i qarşı çıxır, 17%-i isə qərarsızdır. Referendumdan bəli cavabı çıxsa belə İsveçrə hökumətinin bu təklifi qanuniləşdirmək üçün 3 ili və ehtiyatlarını 20% səviyyələrinə çatdırmaq üçün isə 5 ili var. İsveçrə Xalq Partiyası (SVP) tərəfindən təqdim edilən bu təklifə İsveçrə hökuməti, İsveçrə Mərkəzi Bankı və bir çox siyasi partiya qarşı çıxır. Bu təklifin qəbul edilməsi vəziyyətində, qızıl qiymətlərinin yüksələcəyi və Avro-İsveçrə Frankı məzənnəsinin pozulacağından narahatlıq edilir. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol