Menu

14 yaşlı yeniyetmə oğlan intihar edib

21.12.2021, 17:21
14 yaşlı yeniyetmə oğlan intihar edib

Ağsu rayonunda yeniyetmə oğlan intihar edib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Əlheydər Qarayev küçəsində qeydə alınıb.

Belə ki, Ağsu rayon sakini, 2007-ci il təvəllüdlü X.Ə. yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol