Menu

Azərbaycana qış fəsli daxil olub

21.12.2021, 20:00
Azərbaycana qış fəsli daxil olub

Azərbaycana qış fəsli daxil olub.

"Report" xəbər verir ki, qış fəsli ölkəmizə Bakı vaxtı ilə saat saat 19:59:00-da qədəm qoyub.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 san olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol