Menu

Bakı metrosunun əməkdaşı işə gələrkən vəfat edib

22.12.2021, 11:25
Bakı metrosunun əməkdaşı işə gələrkən vəfat edib

"Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov işə gələrkən vəfat edib.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, mərhum bu gün səhər saat 7:55-də metronun "Elmlər Akademiyası" stansiyasında olarkən özünü pis hiss edib. Dərhal stansiyaya təcili tibbi yardım xidməti cağırılıb, buna qədər isə ona ilkin tibbi yardım edilib. Həkim gələnə qədər isə E.Süleymanov dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol