Menu

Pakistan “Babur 1V” qanadlı raketinin uğurlu sınağını keçirib

22.12.2021, 15:43
Pakistan “Babur 1V” qanadlı raketinin uğurlu sınağını keçirib

Pakistan öz istehsalı olan “Babur 1V” markalı qanadlı raketinin uğurlu sınağını keçirib. Raketin uçuş məsafəsi artırılıb.

Bu barədə dekabrın 21-də «Pakistan Radiosu» xəbər verib.

Sınağı strateji planlar şöbəsinin Baş direktoru general-leytenant Nadim Zəki Manj, Milli mühəndis və elmi komissiyanın sədri doktor Raza Samar, quru qoşunları komandanı general-leytenant Mühəmməd Əli, strateji planlar Şöbəsinin böyük zabitləri, alimlər və strateji təşkilatların mühəndisləri izləyiblər.

Nadim Zəki alim və mühəndisləri bu nailiyyət münasibətilə təbrik edib və tam razılığını bildirib. Bu sınaq Pakistanı daha da gücləndirəcək.

Pakistan Prezidenti Arif Əlvi, Baş nazir İmran Xan birləşmiş qərargah rəisləri komitəsinin sədrini və xidmət rəhbərlərini (alim və mühəndislər) də uğurlu sınaq münasibətilə təbrik ediblər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol