PREZİDENT ONLARA GENERAL RÜTBƏSİ VERDİ - FHN-in ali rütbə alan hərbi qulluqçuları kimlərdir? (Yenilənib)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. General rütbəsi alan FHN vəzifəliləri bunlardır:

General-mayor İlham Əyyub oğlu Abdullayev "general-leytenant” ali hərbi rütbəsi alıb - Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanıdır.

General-mayor Şahmar Ənvər oğlu Paşayev "general-leytenant” ali hərbi rütbəsi alıb - Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.

Polkovnik Adil Ələsgər oğlu Abdullayev "general-mayor” ali hərbi rütbəsi alıb - Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisidir. 21.09.1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir. 2 övladı var”.

Polkovnik Əşrəf Məmməd oğlu Qasımov "general-mayor” ali hərbi rütbəsi alıb - 2006-cı ilin oktyabr ayından bu günədək Fövqəladə Hallar Nazirliyi Aviasiya Dəstəsinin rəisi vəzifəsində çalışır. 12 aprel 1964-cü ildə Naxçıvan rayonu Nehrəm kəndində anadan olub. 1982-ci ildə Xarkov Ali Hərbi Təyyarəçilər məktəbinə qəbul olub və 1986-cı ildə həmin məktəbi qırıcı-təyyarəçi mühəndis ixtisası üzrə bitirib. Ailəlidir, 3 övladı 6 nəvəsi var.

Polkovnik Raul Süleyman oğlu Zeynalov "general-mayor” ali hərbi rütbəsi alıb - "Bakı Regional Mərkəzi rəisinin birinci müavinidir. 27.04.1982-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ləğv edilən Vergilər Nazirliyində Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini vəzifəsində çalışıb. Keçmiş Vergilər naziri Fazil Məmmədovun qohumudur. Ailəlidir, 2 övladı var. (Qaynarinfo)

***

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor İlham Əyyub oğlu Abdullayevə

general-mayor Şahmar Ənvər oğlu Paşayevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Adil Ələsgər oğlu Abdullayevə

polkovnik Əşrəf Məmməd oğlu Qasımova

polkovnik Raul Süleyman oğlu Zeynalova.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar