Menu

İrandan Azərbaycana gətirilən duz istehlaka yararsız çıxıb

22.12.2021, 18:03
İrandan Azərbaycana gətirilən duz istehlaka yararsız çıxıb

İrandan idxal edilən duzun istehlak üçün yararsız olduğu aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Babayeva Kəmalə Telman qızı tərəfindən İrandan Azərbaycana idxal olunan 134 ton “Co.kasra bolor arya” şirkətinə məxsus duz məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Şərhlər

Eli 2021-12-22 20:55:36

Gülmeli işler var.Hele sovet döneminde bizim müvafiq elmi tedqiqat institutları ve nazirlikler apadıqları geoloyi keşfiyyat işleri neticesinde sübut ediblrr ki ,Naxçıvanda “Düzdağ”” deyilen erazide xörek füzü ehtiyatları 90 milliard tondur.Biz niye İrandan düz getiririk”Badamlı”,”Sirab” ve”Vayxır” mineral suların mövcud ehtiyatlarınds ise yzlnız 11-13 % istifafe olunur.Bu ise ancaq öyrenilmiş ehtiyatlara siddir.İndi özünüz tesevvür edin bu işlere.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol